"Roma" ingiltərəli ulduzu transfer etməkdə israrlıdır

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Corriere della Sport" nəşrinə istinadən xəbər verir ki, "Roma" 25 yaşlı futbolçunu rənglərinə bağlamaq istəyir.

Sanço müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, təcrübəli futbolçu "Roma"ya transfer olsa illik 8.6 milyon avro maaş alacaq.