"Roma" yeni sxemi sınaqdan keçirəcək

"Roma" yeni sistemlə oynayacaq.

Sportline.az xəbər verir ki, yeni baş məşqçi Daniele De Rossi 4-3-3 sxemini sınaqdan keçirəcək.

“Hər şey çox tez baş verdi. Artıq iki məşq prosesi keçirmişik. Sabahdan daha maraqlı şeylər haqqında düşünməyə başlayacıyıq. Dibalanın da bizə qoşulmasından sonra son məşqdə 4-3-3 sxemini nəzərdən keçirdik. Bundan sonra komanda olaraq meydanda çox çalışacağıq”, - De Rossi "Tutto Mercado" qəzetinə müsahibəsində belə deyib.

Qeyd edək ki, yanvarın 16-da “Roma”ya baş məşqci təyin olunan De Rossi 2024-ün iyun ayına qədər canavarların uğurları üçün çalışacaq.