Roman Qriqroçuk: Hər şeyi düz etdik
“Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”ın qonağı olan “qırmızı-qaralar” qolsuz bərabərliklə kifayətləniblər.
Matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ukraynalı mütəxəssis öncə oyunu dəyərləndirib: “Düşünürəm ki, lazımi tapşırıqları yerinə yetirib, heç-heçə etdik. Yolumuza davam edirik”.
- Cavid Hüseynov ikinci hissədə zəif təsir bağışladı. Onu Rasim Ramaldanovla əvəzləyib, Rəşad Sadiqovu mərkəzə çəkə bilməzdinizmi?
- Düşünürəm ki, hər şeyi düz etdik. Belə müzakirələr etsək, səhərə qədər vaxt çatmaz. Düzgün hesab etdiyim dəyişikliklərə əl atdıq.
- “Qəbələ”nin çempion olub-olmaması sizin burdakı taleyinizə təsir edəcəkmi?
- Bir ay sonra nələr olacağını indidən danışa bilmirik. İndi fikrim qalan matçlarda qələbə qazanmaq və kuboku götürməkdi. Buna sonra baxmaq olar.
- Oyunun gedişində 2 hücumçulu taktikaya keçə bilməzdiniz?
- Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Potensial cəhətdən yerlərini dəyişmək olardı. Amma bu gün lazım olanı etdik.
- Çempionluq şansınızı necə dəyərləndirirsiz?
- Son 3 oyunda 9 xal toplamaq olar. Bu səbəbdən nəsə demək çətindi. Bunlar tapmacalardı. Düzdü, “Qarabağ”ın çempionluq şansı daha çoxdu.
- Bu gün qələbə üçün nə çatmadı?
- “Qarabağ” çox yaxşı oynadı. Rəqib müdafiədə səhvsiz çıxış etdi. Ümid edirdik ki, bizim sürətimiz daha çoxdu. Amma “Qarabağ” bunun qarşısını layiqincə aldı.
- Bəzi planlaşdırılmamış xal itkiləriniz oldu. Düşünmək olarmı ki, “Qarabağ”dan öncə əsas rəqibiniz elə “Qəbələ” özüdü?
- Bəli, razıyam. Elə oyunlar oldu ki, qalib gəlməmək mümkün deyildi, heç-heçə etdik. Bəzi matçlarda 10-15 qol vəziyyətinə baxmayaraq, qələbə qazana bilməmişik. İdeal oynamadığımızı bilirəm. Əsas problemimiz qol yolları ilə bağlı oldu.
- “Qəbələ” daha çox kubok komandası kimi tanınır. Kubokun finalında komandanı bu baxımdan kökləməyin sizə daha rahat olacağını düşünmək olarmı?
- Titullar həmişə az olub. “Qarabağ” çempion olsa, bunun dadını görüb, daha birini əldə etməyə çalışacaq. Məncə, finalda onların motiivasiyası daha güclü ola bilər.
- Real gücləri nəzərə alsaq, “Qarabağ”ın qarşıdakı turlarda xal itirmək ehtimalı daha çoxdu, yoxsa “Qəbələ”nin kuboku qazanmaq?
- Belə sualdan düşünmək istəyirəm ki, mənə məşqçilik lisenziyası yox, peyğəmbərlik lisenziyası lazımdı (gülür). Çünki belə şeyləri öncədən müəyyənləşdirmək mümkün deyil.