“Roma”nın polşalı futbolçusu “Fənərbağça”ya transfer ola bilər
“Roma”nın polşalı futbolçusu Nikola Zalevski yanvarda klubdan ayrılacağı gözlənilir.
Sportline.az insayder Yağız Sabuncuoğlunun paylaşımına istinadən xəbər verir ki, “Fənərbağça”nın portuqaliya baş məşqçisi Joze Mourinyo “Roma”nın 22 yaşlı futbolçusu Nikola Zalevskinin transferini rəhbərliktən tələb edib.
Klublar arasında danışıqlar davam edir.
“Roma” klubu N.Zalevski üçün “Fənərbağça”dan 15 milyon avro tələb edir.
Qeyd edək ki, Nikola Zalevskinin "Roma" klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.