Ronaldinyo "Barselona"ya qayıdır
Braziliyanın futbol ulduzlarından olan Ronaldinyo yenidən “Barselona”nın uğurları üçün çalışmağa yaxındır. Amma, bu dəfə futbol meydanında yox, klubun səfiri kimi. Onun “Barsa” brendinin yeni sərhədlər aşması istiqamətində fəaliyyət göstərəcəyi bildirilir. Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə Kataloniya klubunun şərəfini qoruyub.