Ronaldo Dünya çempionatı tarixində daha bir uğura imza atdı
Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo Dünya çempionatı tarixində bir oyunda iki qol vuran ən yaşlı futbolçu adına sahib çıxıb. Təcrübəli hücumçu Özbəkistanla matçda etdiyu dublla bu rekordu yeniləyib.
Sportline.az saytı ESPN nəşrinə istinadən xəbər verir ki, Dünya kuboku tarixində dubl edən ən yaşlı futbolçuların siyahısı açıqlanıb.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 41 yaş 138 gün (Özbəkistana qarşı, 2026)
2. Lionel Messi (Argentina) – 38 yaş 363 gün (Avstriyaya qarşı, 2026)
3. Rocer Milla (Kamerun) – 38 yaş 34 gün (Kolumbiyaya qarşı, 1990)
4. Olivye Jiru (Fransa) – 36 yaş 53 gün (Avstraliyaya qarşı, 2022)
5. Laslo Fazekaş (Macarıstan) – 34 yaş 243 gün (Salvadora qarşı, 1982)
Qeyd edək ki, Ronaldo bu göstərici ilə Lionel Messini geridə qoyaraq Dünya Çempionatı tarixində dubl müəllifi olan ən yaşlı oyunçu rekordunu öz adına yazdırıb.