Ronaldo Ibrahim Şehiçi məyus etdi, "Əl Nəssr" finala yüksəldi
Səudiyyə Ərabistanı kubokunda finalın adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, yarımfinalın 2-ci oyununda "Əl Nəssr" "Əl Khalij" ilə qarşı qarşıya gəlib.
Matç "Əl Nəssr" komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Oyundakı qolların müəllifi 17 və 57-ci dəqiqədə Kristiano Ronaldo, 37-ci dəqiqədə Sadio Mane və 82-ci dəqiqədə Al Terais olub.
Bu oyunda "Əl Khalij"in qapısını "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiç qoruyub.
Qeyd edək ki, "Əl Nəssr"in finaldakı rəqibi "Əl Hilal" olacaq.