Ronaldo mövsümün ən yaxşısı oldu

"Yuventus"da may ayının və mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qalib azarkeşlərin səsverməsi nəticəsində seçilib.

Mövsümün ən yaxşısı adına 29 qol vuran Kriştiano Ronaldo layiq görülüb. Fanatlar may ayının ən yaxşı oyunçusu kimi Xuan Kuadradonu görüblər. Yarımmüdafiəçi bu ay "İnter"lə matçda dubla imza atıb.

Qeyd edək ki, "Yuventus" ötən gün "Baloniya"ya qalib gəlməklə (1:4) növbəti mövsüm üçün Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb. Ronaldo A seriyasında mövsümün bombardiri olub.