Kriştianu Ronaldu sevgilisi ilə

Kriştianu Ronaldo həyat yoldaşı Corcina Rodrigesi yeni il münasibətilə təbrik edib.

Sportline.az xəbər verir ki, "İnstagram"da xanımı ilə öpüşən zaman çəkilmiş fotolarını paylaşan portuqaliyalı futbolçu bu sözləri yazıb: "Yeni ilin mübarək, sevgilim!".

Ronaldo daha sonra izləyicilərinə ürək sözlərini çatdırıb: "2020 sevgi, sağlıq, sülh və uğur ili olacaq. Hamınızın bayramınız mübarək!".