Ronaldonun komandasının rəqibi Messini istəyir

PSJ-nin futbolçusu Lionel Messini Səudiyyə Ərəbistanın daha bir klubu transfer etmək istəyir.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, "Əl-İttihad" 35 yaşlı hücumçu ilə maralqnır. Klubun argentinalı oyunçuya illik 350 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Əl-Hilal"ın Messiyə illik 300 milyon avroluq təklif göndərdiyi yazılmışdı.

Səudiyyə Ərəbistanı çempionatına transfer olarsa, Messi ən çox maaş alan futbolçu olacaq və "Əl-Nəsr"i yeni transferi Kriştiano Ronaldonun rekordunu qıracaq.

Banner