Ronaldu haqqında maraqlı açıqlama
"Əl-Nəsr"in sabiq futbolçusu Aleks Telleş Kriştianu Ronaldu haqqında maraqlı açıqlamalarla gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, portuqaliyalı ulduzun xüsusi qida rasionuna riayət etdiyini bildirib.
"Onun qidası komandadakılardan fərqlənirdi. Bununla Ronaldunun şəxsi dietoloqu məğşul olur. Kriştianu çoxlu təbii ərzaqlarla qidalanır. Komanda yoldaşlarının da rasionuna diqqət yetirir. Bəzən qorxumuzdan şirniyyata əl uzada bilmirdik", - deyə Telleş "A Bola"ya müsahibəsində bildirib.
Qeyd edək ki, Ronaldu 2023-cü ildən "Əl-Nəsr"in formasını geyinir.