Ronaldu Linekeri xərcə salıb

İngiltərə millisinin əfsanəvi hücumçusu Qari Lineker komandanın daha bir sabiq futbolçusu Rio Ferdinanda şərab uduzub.

Sportline.az xəbər verir ki, millinin sabiq üzvləri Portuqaliya - Fransa matçında Ronaldunun ilk hissədə cərimə zərbəsi yerinə yetirəcəyi ilə bağlı mərc ediblər. 

Həmin zərbəni isə Brunu Fernandeş yerinə yetirib. 

Beləcə, Lineker Ferdinanda mərci uduzub. 

Qeyd edək ki, Portuqaliya millisi qolsuz başa çatan oyunun penaltilər seriyasında Fransaya uduzaraq mübarizəni dayandırıb.