Ronaldu "Real"ı tərk edəcək

Kriştiano Ronaldunun Madrid "Real"ı ilə yolları ayrlmaq üzrədir. Sportline.az qitə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun bu yay İspaniya paytaxtını tərk edəcəyi gözlənilir. Səbə isə, klub rəhbərliyinin Eden Hazarı transfer etmək planlarıdır. Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres bu transferin əsas hədəflərdən biri olduğunu açıqlayıb. Bir müddət əvvəl isə, mətbuatda madridlilərin 32 yaşlı Ronaldu ilə yolları ayırmağa hazır olduğu haqda məlumat yayılmışdı.