Ronaldudan "Mançester Yunayted" açıqlaması

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu "Mançester Yunayted"in hazırkı durumu ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu İngiltərə nəhənginin yenidənqurmaya ehtiyacı olduğunu bildirib.

"Dediyim kimi "Mançester Yunayted" yenidənqurmaya ehtiyac duyur. Baş məşqçi komandanın Çempionlar Liqasında qələbə qazana bilməyəcəyini deyir. Bu düzgün deyil. Məşqçi belə söz deməməlidir. Ten Haq Nistelroya qulaq assa, bəlkə nəsə düzəldi. Çünki, o, komandanı daha yaxından tanıyanların məsləhətinə önəm verməlidir", - deyə Ronaldu "Rio Ferdinand Presents"ə müsahibəsində bildirib.

Qeyd edək ki, son mövsümlər inamsız çıxışla yadda qalan "Mançester Yunayted" azarkeşlər tərəfindən ciddi tənqidlə üzləşib.