Ronaldudan tarixi göstərici
Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştiano Ronaldu üçün "Bavariya" üzərində qələbə ikiqat əlamətdar olub. Sportline.az xəbər verir ki, Münhendə dubla imza atan forvard Avrokuboklarda 100-cü qolunu vuran ilk futbolçu kimi tarixə düşüb. Xatırladaq ki, madridlilər ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Bavariya"ya 2-1 hesabı ilə qalib gəliblər.