Rositski Türkiyəyə qarşı oynamayacaq

Çexiya millisi "Avro-2016"nın 3-cü turu çərçivəsində keçiriləcək Türkiyə ilə matça ciddi itki ilə çıxacaq. SportLine.az xəbər verir ki, çexlər Tomaş Rositskinin xidmətindən məhrum olacaqlar. 

Xorvatiya ilə görüşdə zədələnən 35 yaşlı yarımmüdafiəçi qrupun son matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə - Xorvatiya oyunu iyunun 21-də keçiriləcək.