RPL-da 28-ci turun rəmzi heyəti bilinib
Rusiya Premyer Liqasında 28-ci turun nəticələrinə əsasən həftənin 11-liyi açıqlanıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ən yüksək reytinqi "Dinamo"nun vinqeri Nqomalyo və "Lokomotiv"in oyunçsu Maksim Qluşenkov alıb.(8.6).
Diqqət çəkən məqamlardan digəri isə heyətdə sonuncu pillədə qərarlaşan "Soçi"dən 4 futbolçunun olmasıdır.
28-ci turun rəmzi heyəti belədir.
Qapıçı: Vladislav Torop (CSKA).
Müdafiəçilər: Aleksandr Silyanov ("Lokomotiv"), Emerson ("Ural"), Marselo Alves ( "Soçi"), Yahya Atiyat-Allah ("Soçi").
Yarımmüdafiəçilər: Nqomalyo ("Dinamo"), Kiril Şetinin ("Rostov"), Kiril Kravtsov ("Soçi"), Maksim Qluşenkov ("Lokomotiv").
Hücumçular: Bernard Berişa ("Axmat"), Saul Quarirapa ("Soçi").
Qeyd edək ki, 28 turdan sonra yarış cədvəlinə 53 xalla "Dinamo" başçılıq edir.