RPL-da "aprel ayının ən yaxşı baş məşqçisi" adına namizədlər açıqlanıb

Rusiya Premyer Liqasının mətbuat xidməti aprelin ən yaxşı məşqçisi adına 5 namizədi açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, siyahıda "Sabah"ın keçmiş çalışdırıcısı Murad Musayev də yer alıb.

1.Murad Musayev ("Krasnodar", 5 oyun, 10 xal)

2.Vladimir Slivkoviç ("Spartak", 3 oyun, 7 xal)

3.İqor Osinkin ("Krılya Sovetov", 5 oyun, 10 xal)

4.Serqey İqnaşeviç ("Baltika", 5 oyun, 9 xal)

5.Valeriy Karpin ("Rostov", 5 oyun, 10 xal).

Qalib 3 tərəfli səsvermənin nəticəsi ilə müəyyənləşəcək: RPL əsfanələri, Match Premier kanalının ekspertləri və azarkeşlər.

Qeyd edək ki, Rusiyada turnir cədvəlinə 51 xalla "Zenit" başçılıq edir. İkinci sıradakı "Krasnodar"ın və üçüncü sıradakı "Dinamo"nun 50 xalı var.