RPL-da bu gün
Rusiya Premyer Liqasında 4-cü tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, bu günə 2 qarşılaşma nəzərdə tutulub.
İlk oyunda "Pari NN" doğma meydanda "Ximki" ilə üz üzə gələcək.Görüş saat 19:30-da start götürəcək.
Digər oyunda "Rostov" və "Rubin" komandaları münasibətləri aydınlaşıracaqlar. "Rostov Arena"da keçiriləcək görüş 21:45-də başlayacaq.
Qeyd edək ki, 3 turdan sonra yarış cədvəlinə 9 xalla "Zenit" başçılıq edir. İkinci sıradakı "Dinamo" da eyni xala malikdir.İlk üçlüyü 7 xalla ÇSKA qapıyır.