Rumıniyada futbolçu oyunlara əkiz qardaşını göndərib

 Bu gün Rumıniya mətbuatında maraqlı bir iddia ortaya atılıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər, qışda "Dinamo Buxarest"ə transfer olunan Edqar Le bir müddət sonra oyunlara əkiz qardaşını göndərməyə başlayıb.

Bu xəbərlərdən sonra "Dinamo Buxarest" rəhbərliyi futbolçudan DNT testi tələb edib.

Futbolçunun əkiz qardaşı Edelino Lenin oyunlarda iştirak etdiyi təsdiqlənərsə, kluba xal cəzası veriləcəyi və aşağı liqaya düşəcəyi gözlənilir.

Qeyd edək ki, Edqar Le Türkiyədə "Trabzonspor" və "Başakşehir" klublarının formalarını geyinib.