Rusiya - Azərbaycan matçı belçikalıya tapşırıldı
Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Rusiya - Azərbaycan oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş belçikalı Paskal Lemala həvalə olunub. Ona finlandiyalı referi Timo Onatsu kömək edəcək.
Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.