Rusiya klubuna yeni baş məşqçi təyin olunub

Rusiyanın "Alaniya" klubu yeni baş məşqçisini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Vladikavkaz təmsilçisinin "sükanı" Spartak Qoqniyevə tapşırılıb.

Qoqniyev daha əvvəl 2019-2022-ci illərdə "Alaniya" klubunda çalışıb. Komanda onun rəhbərliyi altında 2-ci liqadan 1-ci liqaya yüksəlib və Rusiya kubokunda yarımfinal mərhələsinə qədər irəliləyib.

Qeyd edək ki, 1-ci liqada 10 turdan 9 xal toplayan komanda baş məşqçi Sultan Tazabayevlə yollarını ayırıb.