Rusiya Super Kuboku oyununa bütün biletlər satılıb

Rusiya Super Kuboku uğrunda görüşdə "Zenit" "Krasnodar"la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, Rusiya Futbol Federasiyası oyun üçün bütün biletlərin satıldığını açıqlayıb.

Matç iyulun 13-də "Volqoqrad Arena"da keçiriləcək.Stadion 45 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Zenit ötən mövsüm Premyer Liqanın və Ölkə Kubokunun qalibi olub. Krasnodar yerli çempionatın gümüş mükafatçısıdır.