Rusiya və Belarus futbolunun əfsanələri üz-üzə

Rusiya və Belarus futbolunun tanınmış simaları yaşıl meydanda üz-üzə gələcəklər. 

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Rusiya və Belarus seçmələrinin əfsanələri arasında görüş iyulun 6-da Minskdə keçiriləcək.

Oyun iki ölkə federasiyalarının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Qeyd edək ki, iyunun 7-də Rusiya və Belarusun əsas milliləri yoldaşlıq oyunu keçirəcək.

Bu görüş Minskdə yerləşən “Olimpiya Stadion”unda olacaq.