Rusiya və İspaniya finalda

Belqradda futzal üzrə Avropa çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, artıq yarışın yarımfinal mərhələsi yekunlaşıb. 

Azərbaycanı mübarizədən kənarlaşdıran Rusiya seçməsi həll edici matça çıxmaq üçün meydan sahibi - Serbiyanı üstələməli idi. Gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçən görüş şimal qonşularımızın qələbəsi ilə nəticələnib.

Digər yarımfinal görüşündə isə İspaniya Qazaxıstanı məğlub edib.

Qeyd edək ki, turnirin final və 3-cü yer uğrunda oyunları fevralın 13-də keçiriləcək.

11 fevral 2016
Futzal, Avropa çempionatı
1/2 final


Serbiya - Rusiya - 2:3

İspaniya -Qazaxıstan - 5:3