Slovakiya Rusiyanı məğlub etdi
Rusiya - Slovakiya - 1:2
QOLLAR: Vayss, 32 (0:1); Hamşik, 45 (0:2); Qluşakov, 80 (1:2)
Rusiya: 1. İqor Akinfeyev (q), 3. İqor Smolnikov, 4. Sergey İqnaşeviç, 5. Roman Noyştader, 9. Aleksandr Kokorin, 10. Fyodor Smolov, 13. Aleksandr Qolovin, 14. Vasili Berezutski (k), 17. Oleq Şatov, 21. Georgi Şennikov, 22. Artyom Dzyuba
Ehtiyat oyunçular: 12. Yuri Lodıgin (q), 16. Gilyerme (q), 2. Roman Şişkin, 6. Aleksey Berezutski, 7. Artur Yusupov, 8. Denis Qluşakov, 11. Pavel Mamayev, 15. Roman Şirokov, 77, 18. Oleq İvanov, 19. Aleksandr Səmədov, 20. Dmitri Torbinski, 23. Dmitri Kombarov
Slovakiya: 23. Matus Kozaçik (q), 2. Peter Pekarik, 3. Martin Şkrtel (k), 4. Yan Duriça, 7. Vladimir Vayss, 8. Ondrey Duda, 15. Tomaş Huboçan, 17. Marek Hamşik, 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Viktor Peçpkovski
Ehtiyat oyunçular: 1. Yan Muxa (q), 12. Yan Novota (q), 5. Norbert Gyomber, 6. Yan Qrequs, 9. Stanislav Şestak, 10. Miroslav Stox, 11. Adam Nemeç, 13. Patrik Hrosovski, 14. Milan Skriniar, 16. Kornel Salata, 18. Duşan Svento, 21. Mixal Duriç
***
Bu gün Avropa çempionatında 2-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə "B" qrupunda bir qarşılaşma keçiriləcək.
İngiltərə ilə görüşdə son anda məğlubiyyətdən xilas olan Rusiya seçməsi Slovakiya ilə qarşılaşacaq. Uelsə uduzmaqla azarkeşlərini məyus edən slovaklar ruslarla dueldə uğurlu nəticəyə ümid edirlər. Leonid Slutskinin komandası isə 3 xal əldə etməklə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edə bilər.
15 iyun 2016
"Avro-2016"
"B" qrupu, 2-ci tur
17:00. Rusiya – Slovakiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill, "Stad Pyer Mauro"