Rusiyalı futbolçu 1 il daha "Aris"də qalacaq

Rusiya millisinin sabiq hücumçusu klubla yeni müqavilə imzalayıb.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Kiprin “Aris” klubu rusiyalı hücumçu Aleksandr Kokorinlə müqaviləni 1 illik uzadıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

33 yaşlı Kokorin 2023-cü ildə Kipr çempionatının ən yaxşı futbolçusu və 2023/2024 mövsümünün ən dəyərli oyunçusu seçilib. O, həm də "Aris" tarixində Avropa Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifidir.

Bu mövsüm rusiyalı forvard bütün turnirlər daxil olmaqla çıxdığı 32 oyunda 8 qol vurub, 2 asist edib.