Rusiyalı idmançı Mingəçevirdə özünə qəsd edib
Mingəçevirdə avarçəkmə üzrə Rusiya yığmasının üzvü Aleksandr Lyubotirov özünə qəsd edib.
Sportline.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib. Rusiyalı idmançı qollarını doğrayaraq intihara cəhd edib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.
Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir. Faktla bağlı araşdırma aparılır.