"Sabah" "Araz-Naxçıvan"la oyunda heç-heçə edib

"Sabah" Misli Premyer Liqasında heç-heçə edib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi IX turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "bayquşlar" dördüncü, 16 xalı olan "Araz-Naxçıvan" üçüncü sıradadır.

Günün digər görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.