"Sabah" Polşa klubuna qarşı
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sabah" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Murad Musayevin komandası Polşanın "Vatra" (Poznan) klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Varta" Polşanın yüksək liqasında çıxış edir. Poznan təmsilçisi 17 turdan sonra 25 xalla 18 komanda arasında 9-cu pillədədir.
Qeyd edək ki, "Sabah" yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubu ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.