Sabah UEFA Super Kubokunun qalibi müəyyənləşəcək
Avqustun 14-də UEFA Super Kubokunun qalibi məlum olacaq.
Sportline.az xəbər verir ki, həlledici görüşdə Çempionlar Liqasının qalibi "Real Madrid" ilə Avropa Liqasının qalibi "Atalanta" üz üzə gələcək.
Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Super Kuboku bu günə kimi ən çox qazanan komandalar "Barselona", "Milan" və "Real Madrid"dir.(5).Kubokun son qalibi isə "Mançester Siti" klubudur.