"Sabah" ukraynalı futbolçu ilə müqavilə bağladı
"Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Sportline.az xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava bundan sonra bu komandanın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.
Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.