"Sabah"da ilk qolunu vurdu
"Sabah"ın futbolçusu Seymur Məmmədov üçün Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a (4:0) qarşı oyun əlamətdar olub.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib. Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandada 3-cü rəsmi oyununda nail olub.
Qeyd edək ki, Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.