"Sabah"ın 400-cü qolunun müəllifi
"Sabah”ın futbolçusu Aron Maludanın Misli Premyer Liqasının 8-ci turunda “Zirə”nin qapısına vurduğu qol tarixə düşüb.
Sportline.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "Sabah"ın bütün turnirlərdə vurduğu 400-cü qolun müəllifi olub.
O, həm də “Sabah”da ilk qolunu vurub.
Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.