"Sabah"ın futbolçusu əməliyyat olundu

"Sabah"ın slovakiyalı hücumçusu Pavol Şafranko əməliyyat olunub.

Sportline.az xəbər verir ki, məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.

Sözügedən forvard diz oynağındakı menisk yırtığı səbəbindən cərrah masasına uzanmaq məcburiyyətində qalıb.

İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.