Sabiq "Çelsi"li "Tottenhem"ə keçə bilər

"Çelsi"nin sabiq futbolçusu Konor Qallaher karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" klubu futbolçusu üçün 40 milyon avro tələb edir.

"Tottenhem" bu məbləği Madrid klubuna ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Qallaherin "Atletiko" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.