Sabiq “Fənərbağça”lı futbolçu Belçika klubu ilə çempion olub

“Fənərbağça” və “Liverpul”un sabiq futbolçusu Dirk Kayt məşqçilik karyerasında ilk çempionluğunu yaşayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Kaytın rəhbərlik etdiyi “Beerschot” komandası Belçika 2-ci liqasında çempion olaraq “Jupiler Pro Liqa”ya vəsiqə qazanıb.

Liqada çıxdığı 30 oyunda 56 xal toplayan “Beerschot” mövsümün bitməsinə 2 həftə qalmış çempionluğunu elan etmişdi.

Xatırladaq ki, Dirk Kayt Türkiyədə çıxış etdiyi dövr ərzində “Fənərbağça” ilə bir Liqa çempionluğu, bir Türkiyə kuboku çempionluğu və bir Super kubok sevinci yaşayıb.