Sabiq "Fənərbağça"lı "Qalatasaray"ın radarına düşüb

"Fənərbağça"nın sabiq müdafiəçisi Kim Min-Ce karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu cənubi koreyalı futbolçu üçün "Bavariya" ilə danışıqlara başlayıb.

Kim Min Cenin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, təcrübəli stoperin Münhen klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.