Sabiq "Fənərbağça"lı "Qarabağ"la müqavilə üçün Bakıya gəldi

Yassin Benzya karyerasını "Qarabağ"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə müqavilə imzalamaq üçün artıq Bakıdadır. O, bu gün "atlılar"la sözləşməyə imza atacaq.

Fransanın "Lion", "Lill", Yunanıstanın "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinən oyunçu son olaraq "Dijon"da çıxış edib. O, Fransanın aşağı yaş milliləri və Əlcəzair yığmasının da formasını geyinib.