Sabiq "Fənərbağça"lı Yunanıstan klubunda
Portuqaliya millisinin sabiq üzvünün Bruno Alveşin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 39 yaşlı müdafiəçi "Apollon Smirnis"inə transfer olunub. Bu barədə Yunanıstan Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alveşin son klubu "Famalikan" olub. O, bu yay müqavilə imzaladığı sözügedən klubdan iki həftə sonra ayrılmışdı.