Sabiq futbolçusu yenidən "Beşiktaş"da

"Qlazqo Reyncers"in türkiyəli futbolçusu Rıdvan Yılmaz karyerasını "Beşiktaş"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

24 yaşlı sol cinah müdafiəçisi İstanbul klubu ilə 3+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Rıdvan Yılmaz "Beşiktaş"ın öz yetirməsidir.