Sabiq "Qalatasaray"lı həvəskar komanda ilə razılığa gəldi

"Qalatasaray"ın sabiq futbolçusu Necati Ateşin yeni iş yeri məlum olub. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, peşəkar karyerasını bitirən N.Ateş, bu dəfə özünü idman direktoru kimi yoxlayacaq. O, həvəskarlar liqasında mübarizə aparan "İçelspor"un idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, 37 yaşlı veteran futbolçunun sonuncu komandası "Karşıyaka" olub.