Sabiq "Qarabağ"lı Türkiyədə fərqləndi

"Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın yeni klubu "Ankaragücü"ndə rəsmi debütü uğurlu alınıb.

Sportline.az xəbər verir ki, qanalı yarımmüdafiəçi Türkiyə birinci liqasının ilk turunda "Tuzlaspor"la səfər matçında (1:1) komandasının bərabərlik qolunu müəllifi olub. O, 45+2 dəqiqədə fərqlənib. 24 yaşlı oyunçu sözügedən görüşdə start heyətdə meydana çıxıb və sona kimi oynayıb.

Qeyd edək ki, "Qarabağ" bu ay Kvabenanın 2021/2022 mövsümünün sonuna kimi "Ankaragücü"nə icarəyə verib.