Salah qitə nəhənglərinin hədəfində
"Liverpul"un lideri Məhəmməd Salah qitənin digər nəhənglərinin maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Yuventus" və PSJ misirli futboçunu heyətə qatmağı planlaşdırır.
Bu haqda "El Nacional" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə sözügedən klublar hücum xəttinə təcrübəli futbolçu axtarışındadır.
Məhz bu baxımdan Salah daha yayrlı namizəd hesab olunur.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Salahın 2017-ci ildən formasını geyindiyi "Liverpul"dan ayrılmaq istədiyi bildirilirdi.
Onun klubla 2025-ci ilədək müqaviləsi var.