Saliba "kral" olmağa hazırlaşır

"Arsenal"ın fransalı stoperi Vilyam Saliba "Real Madrid"ə transfer olmaq üçün can atır.

Sportline.az xəbər verir ki, London klubu Salibanı əldən buraxmaq istəmir. 

Lakin "Arsenal" oyunçu satmaq fikrində olsa, ən azı 90 milyon avro tələb edəcək.

Bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

Qeyd edək ki, Salibanın "topçular"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.