"Sanderlend" klubu 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyir
"Everton"dan azad agent kimi ayrılan ingiltərəli hücumçu Dominik Kalvert-Luyin karyerasını "Sanderlend"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
28 yaşlı futbolçunun dəyəri 16 milyon avrodur.
Qeyd edək ki, "Sanderlend"in rəhbərliyi Kalvert Luyinin meneceri ilə bu həftə görüşəcək.