Sane və Musiala "Barselona"ya keçir?
"Barselona" iki tanınmış futbolçu ilə maraqlanır.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Bavariya"nın almaniyalı futbolçuları Leroy Sane və Camal Musiala mövsümün sonunda klubu tərk edəcəklər.
"Barselona" Saneni azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Musialanın isə hazır ki dəyəri "Transfermarkt" portalına görə 140 milyon avrodur.
Qeyd edək ki, "Barselona"nın almaniyalı çalışdırıcısı Hansi Flik hər iki futbolçunun transferini rəhbərliktən tələb edib.