Sanenin AVRO:2024-də zəif oyununun səbəbi bilindi
Almaniyada keçirilən Avropa çempionatında ümidləri doğrultmayan futbolçulardan biri də Leroy Sane oldu.
Sportline.az xəbər verir ki, "Bavariya"nın hücumçusnun inamsız çıxışı Bundestim azarkeşlərini məyusluğa düçar etmişdi.
Bunun səbəbinə aydınlıq gətirilib. Sən demə təcrübəli futbolçu meydana zədəli halda çıxırmış
"Bavariya" klubunun yaydığı məlumatda futbolçunun köhnə zədəsi ucbatından əməliyyat olunduğu bildirilir.
Sane bu gün Münhendəki klinikaların birində qasığından əməliyyat olunub.
28 yaşlı forvard ötən mövsümün sonundan bu zədədən əziyyət çəkirmiş.