Sarri "Latsio"da

İtaliyanın “Latsio” klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, komandanı Mauritsio Sarri çalışdıracaq. Bu barədə Roma təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb. Sarri ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sarri daha əvvəl İtaliyada “Napoli” və “Yuventus”, İngiltərədə "Çelsi" kimi klublarda çalışıb.