Sarri Mourinyo haqqında
"Lazio"nun baş məşqçisi Maurisio Sarri "Roma"nın çalışdırıcısı Joze Mourinyo ilə münasibətlərindən söz açıb.
Sportline.az xəbər verir ki, o, həftəsonu keçirilən Roma derbisindən sonra maraqlı açıqlama ilə gündəmə gəlib.
"Biz oyundan əvvəl görüşmüşdük. Mən ona dedim ki, "Sən həqiqətən də başımın bəlasısan". O, cavab verdi ki, "Əgər iş bu yerə çatdısa, elə sən də!". Mən Mourinyonun mediaya çıxışlarını sevmirəm. Amma o, əla adamdır ", - deyə Sarri bildirib.
Qeyd edək ki, təcrübəli mütəxəssislər mütəmadi olaraq bir-birinə qarşı kəskin aççıqamalarla gündəmə gəlirlər.